Yuxarı

Minimum büdcə ilə biznes ideyası

Bu günləri hər birinizi görməyimə yenə də çox şadamş Mən Muxtarova Aytən biz sizinlə bizneskar kanalında hər həftə 3 ədəd yeni iş ideaları haqqında mövzular bölüşürük. Mövzumuza keçməmişdən öncə sizə çox kiçik bir söz demək istəyirəm. Biz əsasən öz qarşımıza qoyduğumuz məqsədlərə doğru gedərkən hansısa cəhdlərimiz olur və bu cəhdlərin əlbəttəki bir neçəsi uğursuz olur. Uğurlu olanlar da olur. Əgər biri uğurlu olursa, bunun doqquzu uğursuz olur, və biz bu uğursuzluqları görüb dərhal düşünürük ki, bəlkə mən bu işi görməməliyəm. Çünki məhz bu qədər uğursuzluqlar baş verir və insanlar öz məqsədlərini hansısa uğursuzluqlara qurban verirlər və nəticə etibarı ilə öz məqsədlərinə doğru gedib çata bilmirlər. Amma unutmaq lazım deyil ki, əgər siz hər hansısa işi həqiqətən qəlbinizdən,  ruhunuzdan gələcək qədər sevirsizsə məhz o işə bağlısınızsa və özünüzə arxayınsınızsa, bu işində ardınca gedəsiniz. Əgər 10 cəhd etsəz onunu belə  uğursuz alınsa, yüz cəhd etsəz yüzü belə uğursuz alınsa. Amma inanın mənə ki, bir cəhdiniz alınacaq və bir cəhdinizlə bütün həyatınız tamamilə çevrilər. Və həqiqətəndə siz arzunuza çata bilərsiz. Sadəcə çox qətiyyətli və çox səbirli olmalısız. Heç nə birdən birə olmur. Hər şey yavaş yavaş, təmkinlə, dözümlə, səbirnən və zamanla olur. Və siz öz üzərinizdə işləsəsəz istədiyiniz hər bir şey yavaş yavaş sizə doğru özü gələcəkdir. Çox danışmayaq videolarımıza keçid edək. İlk iş ideyamız bəzəkli parçalardan və ya keça adlandırdığımız parçalardan uşaq oyuncaqlarının hazırlanması. Baxın əziz dostlar əgər bu işi hazırlamaq istəsəz nə qədər böyük və dərin iş olduğunu görəcəksiz. Heç düşünməyin mən ölçü bilmirəm belə maraqlı işləri necə hazırlayacam. Yəni ümidsizliyə qapılmayın. Belə qısaca sizə deyim 3 saat sədəcə internetdən axtarış etsəz Azərbaycan dilində yazırsız ola bilər dil bilmirsiz bunu rus və yaxud ingilis dilində istənilən dilə çevirirsiz. Çevirdikdən sonra sizə hazır belə materiallar veriləcək. Siz o materialları A4 kağızda çap etməklə istənilən net ölçüləri əldə etmiş olacaqsız. Burda istifadə olunan hər bir şeyi çox rahatlıqla tapa bilərsiz. Daxilində istifadə olunur onun sintifon. Sintifon belə kiloqramla satılır Bakıda və üzünün parçaları da burda var. Adi internetdən instaqramdan parça belə axtarsaz çox müxtəlif saysız nə bilim rəngarəng belə parça çeşidlərinə rast gələcəksiz və bunu da siz uşaqlar üçün oyuncaqları çox asanlıqla rahatlıqla əldə etmiş olacaqsız. Bilirisiz ki bu oyuncaqlar uşaqlar üçün daha xeyirlidir. Çünki üzərində heç bir deyimki göz qaşdan və yaxudda hər hansısa bir detaldan deyil çünki lap körpə uşaqlar o detalları dişləyib yəni uda bilərlər. 

Bilmədən uşaqlar bunu edirlər. Amma məhz belə oyuncaqlar uşaqlar üçün daha zərərsiz oyuncaqlar hesab olunur. Həm də bunları istənilən vaxtı da yumaq mümkündür. Belə olduğu halda çox faydalı və xeyirli oyuncaqlardır. Hələ də siz bunu təkmilləşdirsəz silsilə formasına gətirsəz deyim ki dəst dəst satsaz, bir qutu edib yalnız meyvələri, bir qutu edib yalnız tərəvəzləri, bir qutu edib yalnız heyvanları, ev heyvanlarını, dəniz heyvanlarını və s etsəz bunu inanın mənə ki bu işin misli bərabəri olmayacaq. Ikinci işimizə keçid etmək istəyirəm. Qeyd üçün deyimki birinci videomuzun linkini aşağıdakı bölmədən siz rahatlıqla əldə edə bilərsiz. İkinci videomuz isə mini tikiş lövhələrində 3D mənzərə formalarının canlandırılması. Bunlar çox böyük əziyyət tələb etdiyindən və daha dəyərli olsun deyə kiçik büdcə ilə möhtəşəm mənzərələr hazırlaya bilərsiz. Sözsüz ki bu saplar adi saplar deyil. Bir rəngin bir çox müxtəlif formalarda olması məhz belə gözəl mənzərələrin yaranmasına gətirib çıxarır. Bunu kiçik çərçivələrdə bayaq qeyd etdiyim kimi yerləşdirsəz sevdiklərinizə çox dəyərli hədiyyə etmiş olacaqsız, deyə düşünürəm. Ən əsası ən maraqlısı budur ki deyim ki bu çərçivə tozlana da bilər, elə zaman olur ki tozlanır çirklənsə də  belə, siz bunu çox yüngül sudan keçirtməklə yuya da biləcəksiz və möhtəşəm mənzərə təbiət mənzərəsi sevən insanlar üçün inanıram ki bu əvəz edilməz hədiyyələrdən biri olacaqdır və insan baxdıqca baxmaq istəyəcək bu mənzərəyə. Həqiqətən burda çox incə işlədilmiş və çox rəng çalarlarından istifadə edildiyinə  görə məhz özəl hədiyyələrdən biri olacağına mən əminəm. Yenə də bu videomuzun linkinə aşağıdakı yerdən yazı bölməsindən əldə edə bilərsiz. Çox maraqlı sahə olduğunu düşünürəm və üçüncü işimizə keçid etmək istəyirəm. Yeni və modern üslubda taxtadan çilçıraqların hazırlanmasıdır. Qəliz iş kimi görsənsədə inanıramki bunu hazırlamaq elə də çətin iş deyil. Hər iş kimi bəli çətin tərəfləri ola bilər. Lakin aşağıdakı linklərə baxsaz əslində asan iş olduğunun şahidi olacaqsız. Bakının əvəz edilməz Sədərək ən əsasəndə şirniyyat bölməsi adlandırdığımız yerdə arxa sıralarda çilçıraqlara dair bütün xammalların satışı var. Yəni siz ordan demiyinki mən ordan necə tapacam bu trosu, mən ordan necə tapacam bu plafonu və yaxud da nəyisə nəyisə. Siz bunların hamısını çox asnlıqla rahatlıqla tapa bilərsiz. Burdakı bankalardan baxın burda istifadə olunur. Bakıda bilirsiz banka istehsal edən zavod belə səhv etmirəmsə mart ayında filanda işıq üzü görməli idi. Artıq istehsala başlamalı idi yəni sırf özünüzə özəl bankalar plafon formasında hazırlada bilərsiz və möhtəşəm çilçıraqlar əldə edə bilərsiz. Bəzən düzün deyim ki xaricdən bizə ixrac olunan mallara paxıllıq edirəm. Həqiqətən bu əslində yaxşıdır bizim görməyimiz bizim təfəkkürümüzün inkişafına gətirib çıxarır. Amma mən çox istəyərdim və mən çox sevinərdim ki, Azərbaycandan da özəl olaraq çox mallar ixrac olunsun xarici ölkələrə. Məhz onlarda bizim əl işlərimizdən xəbərləri olsunlar. Bilirsiz xaricdə əsasən əl işlərindən görülmüş işlərə çox böyük dəyər verirlər. Bizdə deyimki zinət əşyalarına hər hansısa bir evin üzərinin hansısa bir detalnan örtülməsinə üstünlük verirlərsə, xaricdə isə əslində daha çox əziyyət, zəhmət tələb edən əl əməyi göz nuru olan işlər daha çox müştəri cəlbinə gətirib çıxarır. Ona görə istiyərdim ki, özəl olaraq hazırlanan məhsullarınızı xaricə sata bilərsiz və öz özəlliyimizi də belə belə yavaş yavaş digər ölkələrə də ötürə bilək. İnanıram ki, izlədiz çox bəyəndiz. Əgər bəyəndizsə kanalımıza abonə olun, videolarımızı mütləq şəkildə like edin ki, sizin kimi dostlarımız bunları görə bilsinlər və onlarda bu işlərdən yararlana bilsinlər. Bizi izlədiyiniz üçün təşəkkürlər, sag olun.