Yuxarı

Bizneskar kimə faydalı ola bilər?

Dostlar Salam! Başlayaq?
Sizləri salamlayıram mənim adım Fuad Muxtarovdu. Mən bir sira şirkətlərin təsisçisi, səhmdarı və birbaşa idarəetmə sistemində iştirak edən şəxsəm. Bizneskar layihəsini acmaq qərarına gəldik. Bu layihə biznes sahəsində informasiyaların bir yerə cəmlənməsi nəzərdə tutmuş bir layihədir. Tamamiilə yeni bir layihədir. Ümid edirəm ki, hamı üçün faydalı olacaq. Bizneskar layihəsində əsas məqsədimiz öz ideyalarımızı, fikirlərimizi sizinlə bölüşmək, həm fikir olan insanları bir yerə toplamaqdır. Bizneskar layihəsinin yaranma səbəbi bizim ümumiyyətlə dünyada mövcud olan biznes modellərin, müəyyən bir fikirlərin və ideyaların Azərbaycan bazarında nə qədər işləyib-işləmədiyini yoxlamaq, sizinlə bu fikirləri bölüşmək və eyni zamanda bu real işlər üzərində praktiki olaraq bunu izah eləməkdir. Belə bir sual yaranır Bizneskar layihəsində biz ümumiyyətlə nə haqqında danışacağıq? Necə bir fikirləri sizinlə bölüşəcəyik? Burda əsas məsələ ondan ibarətdir ki, bu layihədə bizim əsas məqsədimiz 1-ci öz fikirlərimizi və ideyalarımızı sizə çatdırmaq sonra digər sahibkarlarla görüşmək, onlarla fikirlərini bölüşmək, onlarla müxtəlif mövzularda diskusiyalar etmək və məşhur insanların, sahibkarların müəyyən bir sahədə öz sözünü demiş insanların fikirlərini, ideyalarını araşdırıb yenə götür qoy etmək, diskusiya etməkdir. Ümidvarıq ki, bu sizin üçün faydalı olacaq. Təzə biznesə başlayan hər bir şəxsin öz biznesini daha düzgün qurulmasına istiqamət verəcək. Dostlar diqqətinizə təşəkkür edirəm. Ümidvarıq ki, bu video sizin üçün faydalı oldu. Əgər faydalı oldusa bizə dəstək olun, dostlarınızla bölüşün. Yeni videolarda görüşmək ümidi ilə sağolun!