Yuxarı

Real Biznes ideyaları 03 (əl işləri)

Çox dəyərli dostlarım,  bir daha salam. Sizi yenə də,  öz kanalımda görməyimə çox şadam. Xatırlatmaq istəyirəm ki, mən Muxtarova Aytən bu kanalda,  məhz bizneskar kanalında yeni bir rubrika açmışıq, və bu rubrikada biz həftədə iki dəfə çəkiliş etməklə öz izləyicilərimizə real iş ideaları haqqında məlumatlar bildirəciyik. Və aşağıda əlaqə nömrələri qoymuşuq, bu işləri görmək istəyən şəxslər bizə müraciət etməklə, təmənnasız olaraq bizimlə əlaqəyə keçə bilərlər. Bu işlər haqqında  biz onlara köməklik göstərə bilərik. Daha sonra bu işləri əgər onlar icra etsələr bunu  izləyicilərimizlə paylaşmaq şərti ilə öz kanalımızda yayımlayacağımıza dair sizə söz veririk. Çox da sözü uzatmadan, növbəti üç videomuza keçid etmək istəyirəm. Gəlin birlikdə izləyək, İlk sizə təqdim etmək istədiyimiz sahə məhz bəyaz qablar üzərində naxışların işlənməsidir. Bu naxış ola bilər, hər hansısa bir atribut ola bilər. Deyim ki, siz bunu Azərbaycan üçün, bizim ölkəmiz üçün etmək istəyirsinizsə, hər bölgənin xəritədəki yeri, və hər bölgənin adı, və yaxudda onun atributu ilə bunu hazırlaya bilərsiz. Deyim ki Göyçay bölgəsini hazırlayırsınızsa, burda nar  mütləq olmalıdır. Göyçayın Azərbaycan xəritəsindəki yeri özəlliklə çəkilməlidir, və Azərbaycan bayrağından bunu həm turistlər üçün daha çox eliyib hazırlayıb sata bilərsiz. Çünki onlara çox maraqlı gəlir. Var kolleksionistlər hansılar ki, onlar yalnız qablar, nimçələr yığırlar və bir az axtarsaz araşdırsaz görərsiz ki hər ölkədə də məhz belə nimçələr satılır. Nimçələrin içində onların  atributları, bayrağları, nişanələri olmaqla bu çox gözəl sənətdir. Bunu  həm  bilmirəm boyanı bəlkə səhv deyirəm, amma yağlı boyalardan hazırlayırlar. Bu sahədə ən çox marağıma səbəb olan əl işlərindən biri isə məhz bu çaşqalar üzərində çəkilən əl yazınızla çəkdiyiniz, yazdığınız yazıların, daha sonra loqoya və yaxudda belə gözəl görünüşə gətirilməsidir. Çox bəyəndim həqiqətən də baxın burda hətta qeyd olunub ki, otuz dəqiqə üç yüz əlli selsiyada səhv etmirəmsə iki yüz dərəcədi bu yalnışım varsa düzəldərik. Bunu qoyursuz sobada qalır, və yazılar çaşqanın üzərinə həkk olunur. Və bundan sonra onun üzərindən silinmir. Çox maraqlı gəldi mənə .Əziz dostlar bir  nüansı nəzərinizə çatdırmaq istəyirəm ki, bu yalnızca sizə göstərdiyim məhz bu sahələr üzrə hər bir dağın sadəcə görünən hissəsidir. Siz bunları çox az, misal üçün üç saat iki saat ərzində internetdən girib müxtəlif müxtəlif saytlardan araşdırsaz, axtarsaz həqiqətən də bu sahələrin necə böyük sahələr, necə böyük işlər, ideyalar olduğunu görəcəksiz. Və bunları sizə təqdim etməyimizdə əsas məqsədimizdən odur ki, insanlar görməlidirlər ki, təlabat yaransın. Görməsələr təlabat yaranmır. İkinci işimiz isə məhz bu gül qabıların, dipçəklərin belə deyərdim dipçəklərin bəzədilməsidir. Adi siz misal üçün, mən də çox yerlərə gedirəm. Özüm də sevirəm dipçəkləri, gülləri. Gül dükanlarına getdikdə bunların yalnız plastik qablardan olanları var,və yaxudda saxsı qablarda olanları var. Və bunlar heç də bəzəkli deyirlər. Gülü alırsız bəli, biz gül sevirik ok, amma alt hissəsinə baxdıqda bir o qədər də könlümüzü şad etmir, deyə bilərəm. Amma belə rəngli boyalardan, belə gözəl gül qabılarının hazırlanması inanıram ki, hədiyyəlik üçün çox möhtəşəm olardı. Hətta burda bəlkə içindəki gülə də bir o qədər əhəmiyyət verməzdi insanlar. Məhz altındakı bu bəzədilmiş, bu gülqabıya daha çox üstünlük verərlər deyə düşünürəm. Amma ikisi də bərabər ahəng yaratsa daha yaxşı olar sözsüzki, və burda rənglərlə məhz işlənilib. Boyalarla işlənilib ki, necə gözəl əl işləri çəkiblər, hazırlayıblar. Amma bunu hazırlamaq olar. Mən gördükdə özüm də çox bəyəndim. Məhz bunu hazırlamaq olar salfetlərlərlə, bu hansı salfetlərdir, marketlərdə hər birimizin gündəlik olaraq yəni getdiyimizdə gördüyümüz rəngli və bəzəkli salfetlər var. Bunların ən üst hissəsini götürməklə işlədirlər. Burda səhv etmirəmsə piva adlandırılan kleylə bunu edirlər. Bu kağızlarda istifadə olunur. Yaxşıda kleydir. Alt hissəsinə və üst hissəsinə çəkirlər və istənilən formada bunu da hazırlamaq mümkündür, və ən çox diqqətimi cəlb edən və mənə görə daha çox gözəl görünüş bəxş edən isə məhz bu dipçəklərin parçalar ilə bəzədilməsidir. Parçalar ilə bəzəndikdə daha da mənə elə gəlir ki, daha bir başqa özəl və gözəl olur. Sizdə bir baxın görün parçalar ilə necə gözəl dipçəklər hazırlamaq mümkündür. Mən inanıram ki, bu sahədə gül dükanaları üçün bütün gül dükanlarında yəni özəl olaraq hazırlasaz, bunlarda hədiyyələr təqdim olunsa inanıramki bu sahə də tam olaraq işlək sahələrdən biri ola bilər. Üçüncü isə sizə təqdim etmək istədiyim sahə Azərbaycan dilində desəm dulusçuluq sahəsidir. Yəni saxsı qabların hazırlanmasıdır. Bizdə saxsı qablar gildən qab deyərdim, bu qablar yalnız daha çox tünd rənglərdə olur. Bu palçığın daha açıq rəngləri də var. Və bu açıq rənglərdə daha möhtəşəm, daha gözəl işlər hazırlamaq mümkündür. Biz adətən öyrəşmişik piti qabı deyimki, dolma qabı, amma daha gözəl əl işləri, bu işlərlə də etmək mümkündür. İstərsə dipçək qabı, istərsə də hər hansısa bir istifadə üçün yararlı qablar hazırlayırlar. Deyim ki, gənclər bu sahəyə daha çox maraq göstərsə, çox böyük və özəl əl işləri etmək mümkündür. Mən özüm də bu sənəti çox bəyənirəm. Bakıda varsa əgər, edib mən  bu sənətə də  baxmaq istəyərdim. Görüm necə edirlər onu həqiqətən bu mənə çox maraqlı gəlir. Mən bu sənət ilə də maraqlanmaq istəyərdim. Yəqin ki mən bunu yaşım daha da olqunlaşdıqca edəcəm, deyə düşünürəm. Videolarımızı izlədiniz inanıramki bu videolarımızda sizin çox xoşunuza gəldi. Əgər bəyəndinizsə, mütləq şəkildə like etməyi, və dostlarınızla paylaşmağı unutmayın. Like edin dostlarınızla paylaşın. Ona görə ki, bunu çox insanlar görsün, və onlara da bu işlər həqiqətən də gərəkli və ehtiyaclı ola bilər. Məhz buna görə  sizə təşəkkür edirəm.