Yuxarı

Top 3 biznes ideyası

Bu günləri yenə sizi gorməyimə çox şadam. Mən Muxtarova Aytən Yasin qızı Bizneskar komandası olaraq sizə mütəmadi  real iş ideaları haqqında videolar hazırlayırıq. Əgər videolarımız sizə maraqlıdırsa, bundan öncəki videolarımıza da baxa bilərsiz və kanalımıza  abonə olsaz bundan sonraki videolarımıza da baxa biləcəksiz. Çox dəyərli dostlarım qısaca bir söhbətimiz olsun, daha sonra videomuza keçid edək. Könlünüzdən bu gün  nə keçirsə onu da edin. Getdiyiniz yerdə sizi işləməyə imkan vermirlərsə yəni xırda xırda bilirikdə yəni olub bu məsələlər, bunu etmək istəmirsizsə etmiyin.Özünüzə pislik etmiyin. Yəni qəlbinizdən nə keçirsə, onu edin. Fikrinizi açıq şəkildə ifadə edin. Deyin, etiraz edin, narazıçılığınızı bildirin. Təkid edin ki, yox istəmirəm. Yəni istəmirəm getmək istəmirəm.  Misal üçün oxumaqdan demirəm oxumağı istəməsəkdə oxumalıyıq. Amma əziz dostlarım, yəni qəlbinizdən nə keçirsə bu gün bunu edin ki, siz sabah buna peşman olmuyasız. Nələrəsə görə zamanınızı boşa keçirtmiyin ki, sosial şəbəkələrdə bütün günü o sosial şəbəkədən çıxıb, buna girmək burda profil yəni inanın mənə ki bunlar sizə heçnə verməyəcək. Sərf etdiyiniz zamanı boşa xərcləməyən ki ,daha sonra buna peşmançılıq çəkməyəsiz. Növbəti videolarımıza gəlin keçid alaq. Baxaq görək bu dəfə sizinlə nələri bölüşmüşük. İnsanlara gülüş bəxş etmək hər kəsə nəsib olmur. Gülüş və təəccüb bir arada olsa daha maraqlı olar deyə düşünürəm. Adi bu fiqurlara baxdıqda istər istəməz insanın dodağı qaçır. Bu da çox  yaxşıdır deməkdir. Bu iş milyon faiz əminəmki bizdə hələki bunu hazırlayan yoxdur. Siz ilklərdən olun, siz hazırlayın. Bu iş belə qəliz kimi görsənsə də sadəcə peşəkar insanın əlində bir saatlıq iş kimi görürəm mən deyə bilərəm şəxsən öz adımdan. Burda problem olacaq bir yer sadəcə o ön diş hissələrinin hazırlanmasıdır. Onu da bu videonun digər şəkillərində görəcəksiz necə hazırlayırlamaq mümkündür. Bu nəinki belə gülüş effekti kimi belə suviner hazırlamaq mümkündür,hətta pul kisəsi belə hazırlamaq mümkündür. İçinin hətta boş olması da olur, pulnan olanı da olur. Və belə göznən olanları da var bunların yəni gözüm üzərinizdədir demək istəyirlər, deyə düşünürəm mən burda. Çox maraqlı, çox gözəl və özəl sahədir. Hər kəsin marağına səbəb olacaq əslində daş effekti verir. Həqiqətəndə üzəri kislərnən betonlarnan hazırlanır və ön hissəsi falqa ilə, üst hissəsi qeyd etdiyim kimi beton ilə hazırlanır. Sadəcə bura belə zamok daxil etməklə maraqlı bir görünüş əldə ediblər.Çox gözəl məhsuldur. İnanıram ki bunu da siz rahatlıqla hazırlayıb və özəl müştərilərinizə bunları düzgün formada satış edə biləcəksiz.Hələ də siz bu suvinerləri qablaşdırsaz yəni mini qablarda və hədiyyəlik paketlərdətəqdim etsəz inanıram ki bir çoxlarının marağına səbəb olacaqdır. Hətta olsa mən belə ofisimə bunu alıb yerləşdirə bilərəm ki, ofisə daxil olan insan bunu gördükdə ən azı üzündə təbəssüm yaransın. İkinci sahəmiz isə lentlərdən möhtəşəm gül buketlərinin hazırlanması və bunları çərçivələr İçərisinə daxil etməklə hədiyyəlik paketlər formasına gətirilməsidir. Çox gözəl işdir həqiqətən 3D effekti verir. Bəlkə də həqiqi gülnən yan yana qoysaq bunu ayırd etmək mümkün olmayacaq. Gözəllik baxımından deyirəm. Bəlkə ətirində problem ola bilər amma görünüşü həqiqətəndə  həqiqi gülləri bizə xatırladır. Bu lentlərlə hazırlanır, xüsusi olaraq işlənir. Buna həqiqətən də zövq və zaman səbir lazımdır. Çünki mən düşünürəm ki, bunu hər bir insan edə bilməz və belə gözəl iş əmələ gətirmək üçün insanın mütləq şəkildə qəlbi gözəl olmalıdır. Mən bunu belə düşünürəm. Bu işlərimizində videoları aşağıdakı linklərimizdə var. Keçid edib ordan baxa bilərsiz. Üçüncü sahəmiz isə çox gözəl dekorativ modern üslubda olan çilçıraqların hazırlanmasıdır. Bu çilçıraqlar desəm sizə nədən hazırlanır, bəlkə təəccüb edəcəksiz ki mən özümdə buna təəccüb etdim. Bu çilçıraqları hazırlamaq mümkündür qəzet kağızlarından, bir ikinci hazırlamaq olur  bunları adi bir su sok aldıqda turbuçkalar olur orda o turbuçkalardan, üçüncü isə nazik çubuqlardan şiş çubuqlar belə deyim. Marketdə bu adnan satılır. Şiş çubuqlardan bunlardan hazırlamaq mümkündür və burda əsas lazım olan detallardan biri patron və yeni model lampaların olmasıdır. Bunlar olduqda siz lazım olan məkanın rənginə formasına uyğun olaraq müxtəlif növdə belə gözəl lampaları çilçıraqları hazırlaya bilərsiz. Bu çilçıraqların hazırlanma qaydasını bizim şəkillərimizdə də müşayiət edə bilərsiz. Çox gözəl çox maraqlıdır inanın mənə ki, çox da sərmayə tələb etməyən sahədir. Bir balaca tok işini orda qurraşdıranda bu da əgər çilçırağı sizdən alırlarsa toku özləri qurraşdırırlar. Üst hissə lazım olacaq. Üst hissə videolarımızda göstərilir. Onların hamısının hər bir detalını Azərbaycanda Bakıda çox asantlıqla rahatlıqla əlda edə bilərsiz. Siz bunu özünüz hazırlayıb çox da yaxşı qiymətə inanın mənə ki sata bilərsiz. Dekorativ olaraq yenə də bunların videolarına siz aşağıdakı linklərdən baxa bilərsiz. Baxdıqda bizə olan suallarınızı istəsəz komentlərdə bildirin. Bütün komentləri ayrıca tək tək yalnız özümüz cavablandırırıq. Yenə də əlavə sualınız yaranarsa, kömək lazım olarsa siz bizim ilə əlaqə saxlıya bilərsiz. Videolarımıza baxdız, inanıram ki bu dəfə də çox bəyəndiz. Bu dəfə də çox maraqlı sahələrdir, həqiqətən mən özümdə çox bəyənirəm. Bizi izləməyi unutmayın, və videolarımıza like edib abonə olmağı yaddan çıxarmayın. Qeyd üçün bildirim ki bizi aşağıdakı sosial şəbəkələrdəndə izləyə bilərsiz.