Yuxarı

Ustanın peşəkar işi - Fuad Muxtarov

Bir dəfə İngiltərədə fabriklərin birində buxar generatoru xarab olur. Fabrikin müdiri onu təmir etmək üçün mütəxəsislər cağırır, amma heç kim onu təmir edə bilmir. Bu xəbər bütün şəhərə yayılır. Günlərin bir günü bir usta fabrikaya yaxınlaşır və bildirir ki, mən o generatoru təmir edə bilərəm. Fabrikin müdiri təcüblənir, amma ona təmir eləmək üçün şans verir. Həmin usta səliqəli və metodik olaraq generatorun müxtəlif yerlərinə vurur. Diqqətlə ordan cıxan səslərə qulaq asır. Problemin nədə olduğunu başa düşür. O generatorun problemli yerinə yaxınlaşır, bir dəfə möhkəm vurur. Generator işləməyə başlayır. Fabrika müdiri ustaya təşəkkürünü bildirir və ona ödəniş eləmək üçün hesab göndərməsini və orda görülən işləri sadalamasını xahiş edir.  Ustanın hesabı göndərir. Hesab belə yazılmışdı: 10 dəqiqə generatoru cəkiclə vurmağa görə 1 funt, generator işləməsi üçün 1 dəfə hara vurlmasını bilmək üçün 9999 funt. Cəmi: 10 000 funt

Heykəyanin mahiyyəti ondan ibarətdir ki, peşakarlıq hara gəldi vurmaq bacarığı deyil, peşakarlıq lazım olan yerə dəqiq vurmaq bacarığıdır.