Yuxarı

Real Biznes ideyaları 02 (əl işləri)

Bizim də hər hansısa bir işi öyrəmək həvəsiniz varsa və bunun heç cür  yollarını tapa bilmirsizsə real biznes haqqında  fikirlər bildirəcəm. Çox dəyərli dostlarım salam. Bir daha sizi görməyimə çox şadam. Bu günlərim yenə keçən dəfəki videomuzda da olduğu kimi sizə yeni üç real biznes haqqında fikirlər bildirəcəm. Qısaca bir məlumat bildirmək istəyirəm ki, sizində hər hansısa bir işi  öyrənmək həvəsiniz varsa, və bunun heç cür yollarını  tapa bilmirsizsə, hardasa sizə köməklik lazımdırsa aşağıdan qeyd olunan  əlaqə nömrəsi ilə  bizimlə əlaqə saxlasaz biz sizə tam təmənnasız  köməklik göstərə bilərik. Çox da sözü uzatmadan Videolarımıza keçid edək. İlk sizə təqdim etdiyimiz iş qurudulmuş güllərdən iki qat şüşə arasında içərisində belə gözəl çərçivələrin hazırlanması asılqan çərçivələrin hazırlanması desəm daha doğru olar. Müxtəlif güllərdən, müxtəlif rənglərdə  belə gözəl çərçivələr hazırlayıb çox özəl olaraq sata bilərsiz. Və inandırım ki  bir-birindən çox fərqli olacaq, çünki güllərin quruması misalçün dörd gün ərzində qurumasının rəngi fərqli olur. Bir həftə ərzində qurumasının rəngi fərqli olur. Aylarnan qurumasının,  rəngi fərqli olur. Bu səbəbdən dolayı sizdə bir gül bir  neçə çalarda olacaq, və inanıramki bunlarında məhz özünə məxsus alıcıları olacaqdır. Düzdür burda çərçivələri tapmaqda bəlkə çətinlik çəkə bilərik, amma belə bir qəliz çətin görülmüyəsi bir iş deyil. Əslində düşünürəm mən bunu yəni kim məhz bununla maraqlanmaq istəyirsə inanıramki bunun  həlli yolunu da tapa biləcəkdir. İkinci sizə təqdim etmək istədiyimiz iş nazik alüminiumdan hazırlanmış dekorativ ağaclardır. Bu ağacları taxta üzərində daş üzərində və yaxudda çox balaca dipçəklər üzərində hazırlamaq mümkündür. Və bu dəmirləri  bir araya gətirməklə nazik dəmirləri burmaqla  sadəcə qol gücü tələb olunur. Və sözsüzki zövq bunları burmaqla siz müxtəlif ağac formaları əmələ gətirə bilərsiz. Və bunu da necə hazırlanmalı olduğunu aşağıdakı linklərdə mütləq ki siz özünüz baxıb  müşayiət edəcəksiz. Belə gözəl, çox gözəl dekorativ ağaclar alınır. Və bunlara hətta  mirvarilər və yaxudda muncuqları qatmaqla daha bir fərqli və gözəl görünüş əldə edəcəksiz, deyə düşünürəm. Üçüncü sizə təqdim etmək istədiyim iş isə dekorativ taxta padnoslardır. Əsasən ət yeməklərinin quru yəni ət yeməklərinin kabab stiklərin təqdim olunduğu, və yaxudda şirniyyat evlərində şirniyyatların təqdim olunduqları taxta padnoslardır. Bunlar bunu siz hazır formada  taxta formasında alırsız, və üzərinə tutatacaqlar istəsəz qura bilirsiz. Yenədə müştərinin istəyindən asılıdır. İstəsəz ümumiyyətlə heç əlavə etmirsiz, və üzərində müxtəlif formada rəngli fiqurlar çəkə bilərsiz. Bu da istər-istəməz müştəri marağına səbəb olacaq, və yenilik olacaq deyə düşünürəm. Çünki müxtəlif restoranlara getdikdə gəlir təqdimat olunur. Taxtalar sadə, oval, dairəv  və yaxudda uzunsov dördkünc formada, amma hər hansısa bir bəzək üzərində yoxdur. Bu da düşünürəmki yenilikçi ola bilər. Ona görə də bu işimizi də sizə təqdim etmək istədim. Müxtəlif formalarda, müxtəlif rənglərdə hətta deyərdim ki restoranın adı olmaqla və yaxudda hər hansısa bir  logosu varsa onu bu taxtaların üzərinə çəkməklə həmin restoranlara təqdim edə bilərsiz. Çox maraqlı, gözəl ideya olduğuna inanıram. Əziz izləyicilərimiz inaıramki baxdız. Bu videolar haqqinda da  yenə nə məlumat lazım olsa bizimlə əlaqə saxlayın. Biz sizə köməklik göstərək. Daha sonra hansı ki şəxslər məhz bu ideyaları icra etdikdə biz onlar üçün ayrıca bir videolar silsiləsi hazırlayacayıq. Və sizi də o silsilədə görməyimizə çox şad olarıq. Bizə dəstək olmaq istəyirsizsə mütləq şəkildə videomuzu bəyənin, və kanalımıza abonə olun. Mütləq şəkildə dostlatrınızla paylaşın çünki bu fikirlər  hər kəsə lazım ola bilər.