Gələcəyi yuxuda göstərirlər - çin olan yuxular, dejavu və ilahi mesajlar | Murad Quluzadə
Fəlsəfə, din və psixologiya sahələrində araşdırmalar aparan, psixoloji seanslar və təlimlərlə insanlara dəstək olan tanınmış mütəxəssis Murad Quluzadə Sağlam Həyat YouTube kanalında. Müsahibəni Murad Quluzadədən Aytən Muxtarova götürüb.
Yuxular sadəcə təsadüfi obrazlar deyil, bəzən gələcəkdən xəbər verən işarələr ola bilər. Çin olan yuxular, dejavu hissi və ilahi mesajlar insanın şüuraltı dünyası ilə ilahi aləmin rabitəsini göstərir. Yuxular vasitəsilə biz həm öz daxili dünyamızla tanış olur, həm də gələcək hadisələrə işarələr ala bilirik. Bu fenomen insanı düşündürür: yuxular təsadüfdürmü, yoxsa Yaradanın bizə göndərdiyi gizli mesajlar?